...

Ağdamın kənd və qəsəbələri, su hövzələrinin kənarları minalardan təmizlənir (FOTO)

Gündəm Materials 29 Noyabr 2022 13:57 (UTC +04:00)
Ağdamın kənd və qəsəbələri, su hövzələrinin kənarları minalardan təmizlənir (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Ağdam. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Mina Əleyhinə Xüsusi Təyinatlı Alayı işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarını sürətli şəkildə davam etdirir.

Trend-in Ağdama ezam olunmuş müxbirinin verdiyi məlumata görə, Vətən müharibəsi başa çatdıqdan sonra işğaldan azad edilmiş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatlarına müvafiq qurumların əməkdaşları ilə yanaşı, Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin minaaxtaran-istehkamçı qrupları da cəlb olunub.

Əməliyyatlar təyin olunmuş istiqamətlər üzrə, kənd və qəsəbələrdə, eləcə də içməli su hövzələrinin kənar ərazilərində, su kanalları boyunca aparılır.

Xatırladırıq ki, 2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 268 azərbaycanlı mina partlayışından zərər çəkib, onlardan 3 nəfər jurnalist daxil 45 nəfər həlak olub. Həlak olan 45 nəfərdən 35 nəfər mülki şəxsdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti