...

Şimal bölgələrində polis əməkdaşları tərəfindən fasiləsiz xidmət davam edir (FOTO)

Gündəm Materials 27 Fevral 2025 13:10 (UTC +04:00)
Şimal bölgələrində polis əməkdaşları tərəfindən fasiləsiz xidmət davam edir (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda müşahidə olunan şaxtalı hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən gücləndirilmiş rejimdə xidmət hər bir istiqamətdə davam etdirilir.

Daxili İşlər Nazirliyindən Trend-ə bildirilib ki, yaşayış məntəqələrini birləşdiriən magistrallarla yanaşı məhəlləarası yollarda da yaranan problemlərin aradan qaldırılması istiqamətində yerindəcə operativ tədbirlər görülür.

Köməyə ehtiyacı olan hər kəsə xidmətə cəlb edilmiş əlavə polis naryadları tərəfindən lazımi köməkliklər göstərilir.

Qarlı, şaxtalı havada hərəkət iştirakçılarına təhlükəsizlik məqsədilə zəruri ara məsafəsi saxlamaları, ötmə əməliyyatları və manevrlərdən çəkinmələri, eləcə də sürət həddinə ciddi riayət etmələri tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti