...

Qazax rayon sakinləri hündürmərtəbəli binaların tikilməsinə etiraz olaraq aksiya keçiriblər

Hadisə Materials 17 Oktyabr 2007 13:06 (UTC +04:00)

Azərbaycan, Qazax / Trend müxbir N.Fətullayeva/ Qazax rayon sakinləri hündürmərtəbəli binaların tikilməsinə etiraz olaraq aksiya keçiriblər. Trend in bölgə müxbirinin məlumatına görə, paytaxt Bakıdan 520 kilometr qərbdə yerləşən rayonun Heydər Əliyev küçəsində 46 ailənin yaşadığı binanın sakinləri yaşadıqları binanın 4-5 metrliyində yeni hündürmərtəbəli bina tikintisinə etiraz edirlər. Sakinlər tikintinin dayandırılması üçün rayon İcra Hakimiyyətinə, Azərbaycan prezidentinə müraciət ediblər. Həmçinin, binanın tikintisinin dayandırılması ilə bağlı Qazaz rayon Məhkəməsində iddia qaldırıblar.

Qazax rayon İcra Hakimiyyətinin birinci müavini Fərman Nağdalıyev çərşənbə günü bildirib ki, binanın tikintisinə bələdiyyə tərəfindən qərar verilib və məsuliyyəti də onlar daşıyır.

Qazax rayon Bələdiyyəsindən isə bildiriblər ki, binanın tikintisi üçün qanuna müvafiq olaraq yer ayrılıb.

Xəbər lenti

Xəbər lenti