...

Naxçıvandakı hərbi hissədə kiçik çavuş baş leytenantı öldürüb

Hadisə Materials 30 Oktyabr 2007 16:46 (UTC +04:00)
Naxçıvandakı hərbi hissədə kiçik çavuş baş leytenantı öldürüb

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Naxçıvandakı N saylı hərbi hissədə kiçik çavuş baş leytnantı, xidməti istifadəsində olan avtomat silahla, öldürüb.

Hüquq-mühafizə orqanlarındakı mənbənin çərşənbə axşamı Trend ə verdiyi məlumata görə, "Havuş" müdafiə rayonunda yerləşən Müdafiə Nazirliyinə məxsus hərbi hissənin kiçik çavuşu, Naxçıvan hərbi komissarlığından ötən ilin oktyabrında hərbi xidmətə çağırılan 19 yaşlı Tahir Hüseynov Tovuz hərbi komissarlığından hərbi xidmətə çağırılan 24 yaşlı Babək Məmmədovu, aralarındakı mübahisə zəminində qətlə yetirib.

Hüseynov hadisədən sonra həbs olunub.

Faktla bağlı Naxçıvan Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1) maddəsi ilə cinayət işi açılıb.

Müdafiə Nazirliyinin mətbuat xidməti bu barədə məlumatsız olduqlarını bildirib.

Xəbər lenti

Xəbər lenti