...

Azərbaycan paytaxtının Ruhi-Əsəb Xəstəxanasında qətl hadisəsi törədilib

Hadisə Materials 16 Fevral 2008 13:54 (UTC +04:00)
Azərbaycan paytaxtının Ruhi-Əsəb Xəstəxanasında qətl hadisəsi törədilib

Azərbaycan, Bakı, 16 fevral / Trend , müxbir E.Hüseynli/ Azərbaycan paytaxtının Maştağa qəsəbəsindəki 1 saylı Respublika Ruhi-Əsəb Xəstəxanasında qətl hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən şənbə günü Trend ə bildiriblər ki, xəstəxananın güclü və ciddi müşahidə altındakı stasionar şöbəsində müalicə alanlar, məhkum olunmuşlar Canəli Babayev Rafiq Hüseynovla birgə məhkum olunmuş Renat Qəhrəmanovu mələfə ilə boğaraq qətlə yetiriblər. Hadisə fevralın 15-də baş verib.

Fevralın əvvəlində həmin xəstəxanada xəstələrin qiyamı baş vermişdi. Xəstəxanadan bildirmişdilər ki, qiyama səbəb xəstələr arasında yaranan insident olub.

Bakı şəhər Prokurorluğundan isə Trend ə bildiriblər ki, etiraza səbəb xəstəxanada işığın söndürülməsi olub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti