...

Qubada meşə sahəsində yangın baş verib

Hadisə Materials 25 Mart 2008 01:08 (UTC +04:00)
Qubada meşə sahəsində yangın baş verib

Quba, Azərbaycan, 25 mart / Trend müxbir A.Qafarov/ Martın 24-də Qubada iki hektaradək meşə sahəsində yangın baş verib. Hadisə rayonun Zerqova və Çiçi kəndləri arasındakı dağlıq ərazidə qeydə alınıb. Ele bu üzdən hadisə yerinə yangın söndürən maşınlar qalxa bilməyiblər. Nəticədə alovun qarşısı torpaqla alınıb.

Quba Dövlət Yangın Təhlükəsizliyi Xidmətinin rəisi Əzizağa Qasımovun Trend ə verdiyi məlumata görə, axşam saatlarında başlanan yanğının qarşısını gecə yarısı almaq mümkün olub. "Əgər yanğın meşənin sıx yerində baş versəydi, nəticələr daha ağır ola bilərdi", - deyə o bildirib.

Əzizağa Qasımov araşdırmalara başlanıldığını da deyib.

Ilkin ehtimal kimi ehtiyatsızlıq versiyası irəli sürülür. Lakin yangının qəsdən törədilmə ehtimalı da istisna edilmir.

Qeyd edək ki, hadisə yerinə rayon icra hakimiyyetinin ve Fövqaladə Hallar Komissiyyasının nümayəndələri de baş çəkiblər.

Xəbər lenti

Xəbər lenti