...

Bakıda dörd avtomobilin iştirakı ilə yol qəzası baş verib

Hadisə Materials 1 Aprel 2008 01:31 (UTC +04:00)
Bakıda dörd avtomobilin iştirakı ilə yol qəzası baş verib

Azərbaycan, Bakı, 1 aprel / Trend / Gecə yarsı Bakı şəhəri Nizami rayonu Çobanzadə küçəsində dörd avtomobilin iştrakı ilə yol nəqliyyat hadisəsi baş verib. Trend un ANS telekanalına istinadən verdiyi məlumata əsasən hadisəyə səbəb Azsamand markalı avtomobil olub. Yüksək sürətlə hərəkət edən Azsamand idarəni itirərkən VAZ 2106 markalı avtomobilə çırpılıb. Zərbə nəticəsində maşın çevrilib. "Jiquli" avtomobilinin sürücüsü aldığı kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Ondan başqa xəsarət alan olmayıb.

Son məlumata görə onun səhətti normaldır.

İstintaq aparılır, hadisə yerində Dövlət yol polisi əməkdaşları işləyir.

Xəbər lenti

Xəbər lenti