...

Astarada bir neçə gün bundan əvvəl itkin düşmüş qızın yanmış meyıdi tapilib

Hadisə Materials 6 Aprel 2008 15:32 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 6 aprel / Trend müxir P.Əliyeva/ Astarada tapılan yanmış qadın meyidinin bir neçə gün bundan əvvəl itkin düşmüş Astara rayon Telman kənd sakini 18 yaşlı Rəhmətova Aygün Hacırza qızına aid olması müəyyən edilib. Bu barədə Trend a Astara rayon prokurorunun köməkçisi Novruz Hacıyev məlumat verib.

Oun sözlərinə görə, martın 29-da Astaranın Telman kənd sakini Rəhmətov Hacırza İbrahim oğlu martın 25 -dən qızı Aygünün naməlum şəkildə itkin düşməsi ilə bağlı polis şöbəsinə müraciət edib. Bidirib ki, həmin gün qonşuluqdakı qohumlarının toyu olduğundan ailə üzvləri ilə birgə ora ediblər, Aygünə də hazırlaşaraq gəlməyi tapşırıblar. Bir müddət keçdikdən sonra onun toya gəlmədiyini görən ailə üzvləri evə qayıdanda qızı evdə tapmayıblar. Bir neçə gün apardıqları axtarışlar heç bir nəticə verməyib.

Aprelin 5-də qızın xalası Astara RPŞ-nə zəng edərək Aygüngilin yaşadığı evin həyətindəki babalarına məxsus köhnə istifadəsiz evin zirzəmisində yanmış qadın meyidinin olması barədə məlumat verib. Hadisə yerinə gələn rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları ilkin müayinə zamanı meyidin Aygünə aid olmasını bildiriblər. Meyid ətraflı müayinə olunmaq üçün rayon məhkəmə ekspertiza şöbəsinə aparılıb.

Ailə üzvləri və yaxınları Aygünün sağlam, ağıllı, savadlı, tərbiyəli qız olduğunu və heç bir probleminin olmadığını söyləyirlər.

Faktla bağlı rayonun hüquq-mühafizə orqanlarında araşdırmalar başlanıb.

Xəbər lenti

Xəbər lenti