...

Lənkəranda bu il intihar edənlərin əksəriyyəti gənc olub

Hadisə Materials 8 Aprel 2008 16:58 (UTC +04:00)

Azərbaycan, Lənkəran, 08 aprel / Trend , müxbir P.Əliyeva/ Lənkəran rayonunda yanvar-mart aylarında 3 intihar hadisəsi qeydə alınıb. Bu barədə çərşənbə axşamı Trend a Lənkəran şəhər Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya zona mərkəzinin rəisi Rafiq Qasımov məlumat verib.

Ötən ilin müvafiq dövründə Lənkəranda 5 intihar hadisəsi baş verib.

Qasımov deyib ki, bu il intihar edənlərin hamısı kişilərdir. Onlardan 2-si 19-21, biri 40 yaşında olub.

Lənkəran paytaxt Bakıdan 270 kilometr cənubda yerləşir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti