...

Qubada baş verən yol qəzası 3 nəfərin həyatına son qoyub

Hadisə Materials 10 Aprel 2008 00:40 (UTC +04:00)

Azərbaycan, Quba. 10 aprel / Trend müxbir A.Qafarov / Hadisə aprelin 9-u saat 21.30 radələrində baş verib. Quba şəhərinin Vaqif küçəsi ilə hərəkət edən QAZ-24 markalı avtomaşın qarşı tərəfdən gələn VAZ 21011 markali maşın ilə toqquşub. Ilkin ehtimallara görə qəza "Volqa"nın sürücüsü 27 yaşlı Həzrət Vahabovun sərxoş olması üzündən baş verib.

Neticede "jiquli"nin 4 nəfərdən üçü dünyasını dəyişib. Bu barədə hadisə yerinə gələn Quba rayon polis şöbəsi istintaq bölməsinin rəisi Əvəzağa Məmmədov məlumat verib. Yüngül xasarət alan Həzrət Vahabov polis şöbəsinə aparılıb. Ölənlərin hamısı Quba rayon sakinlaridir.

Xəbər lenti

Xəbər lenti