...

Gəncədə hərbçi əsgər yoldaşının başını kəsib

Hadisə Materials 19 Aprel 2008 11:50 (UTC +04:00)
Gəncədə hərbçi əsgər yoldaşının başını kəsib

Azərbaycan, Gəncə, 19 aprel / Trend ", müxbir V. Məmmədov/ Gəncədə hərbi xidmətdə olan əsgər aralarında baş vermiş münaqişə nəticəsində aprelin 18-i axşam saatlarında əsgər yoldaşını bıçaqlayıb. Bu barədə şənbə günü Trend a Gəncə şəhər Hərbi Prokurorluğunun müstəntiqi İsmayıl Abbasov məlumat verib.

Onun sözlərinə görə, dünən axşam saat 22.00 radələrində bir neçə ay bundan əvvəl hərbi xidmətə çağırılmış Xəyyam Tofiq oğlu Quliyev əsgər yoldaşı Əli Xanlar oğlu Mustafayevin bıçaqla boğazını kəsib. Nəticədə ağır yaralanan Mustafayev Gəncə şəhər hərbi hospitalına yerləşdirilib.

Müstəntiq faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cinayət etməyə cəhd (29-cu) və qəsdən adam öldürmə (120.1-ci) maddələri ilə cinayət işi açıldığını söyləyib.

Hərbi hospitaldan verilən məlumata görə, əsgər Müstafayevin vəziyyəti ağırdır.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti