...

Azərbaycanın Salyan rayonunda yaşayış binasındakı partlayışla bağlı cinayət işi açılıb

Hadisə Materials 22 Aprel 2008 16:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 aprel / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanın Salyan rayonunda çərşənbə axşamı ikimərtəbəli yaşayış binasında baş vermiş partlayışla bağlı cinayət işi açılıb. Salyan rayon prokurorluğundan Trend a bildirilib ki, faktla bağlı Cianyət Məcəlləsinin ehtiyatsızlıqdan adam öldürmə (124) maddəsi ilə cinayət işi açılıb və istintaq gedir. Prokurorluqdan hadisənin baş vermə səbəbinin dəqiqləşdirilmədiyi bildirilib.

Bu gün səhər saatlarında Salyanın Z.Tağıyev küçəsi 35 ünvanında yerləşən iki mərtəbəli altı mənzilli yaşayış binasında yanğınla nəticələnən partlayış baş verib. Hadisənin məişət qazının sızması səbəbindən baş verdiyi ehtimal olunur. Partlayış nəticəsində bina tamamilə üçüb. Dağıntılar altında qalan 8 yaşlı Rəsul Salmanov həlak olub, 33 yaşlı Vəfa Bağırova ağır xəsarət alıb.

Məqalənin  müəllifi ilə [email protected] ünvanı  ilə əlaqə saxlaya bilərsiniz

Xəbər lenti

Xəbər lenti