...

Azərbaycanın qərb bölgəsində intihar hadisəsi baş verib

Hadisə Materials 26 Aprel 2008 12:48 (UTC +04:00)

Azərbaycan, Qazax, 26 aprel / Trend , müxbir N.Fətullayeva/ Azərbaycanın qərb bölgəsi olan Qazax rayonunda 37 yaşlı şəxs intiahr edib. Bu barədə şənbə günü Trend -a Qazax rayon Prokurorluğunun baş köməkçisi Ələstin Quliyev məlumat verib.

Quliyev deyib ki, paytaxt Bakıdan 520 kilometr qərbdə yerləşən Qazax rayonunun Kosalar kənd sakini 1971-ci il təvəllüdlü Bəxtiyar Şerqan oğlu Quliyev aprelin 26-na keçən gecə yaşadığı evin həyətindəki ağacdan özünü asıb.

Ailəsinin verdiyi ifadədə Quliyevin ruhi xəstəliyi olmadığı bildirilib.

Faktla bağlı Qazax rayon Prokurorluğunda Azərbaycanın Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi açılıb. Araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti