...

Naxçıvan Muxtar Respublikasında bir ailədən üç nəfər qaz sızması nəticəsində boğularaq ölüb

Hadisə Materials 16 Dekabr 2008 08:38 (UTC +04:00)

Azərbaycan, Naxçıvan, 16 dekabr / Trend müxbir E.Məmmədov/ Naxçıvan MR-də bir ailədən 3 nəfər qaz sızması nəticəsində boğularaq ölüb. Bununla bağlı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən məlumat veriblər.

Nazirliyin əməkdaşı, polis polkovnik-leytenantı Əli Quliyev bildirib ki, Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Axamət kənd sakini Əsədova Tamam Cabbar qızına məxsus evdə İranda istehsal olunmuş qaz sobasından düzgün istifadə edilməməsi səbəbindən dəm qazı evin içinə sızıb.

Dəm qazının sızması nəticəsində ev sahibi 1931-ci il təvəllüdlü Əsədova Tamam Cabbar qızı, onun qızı, 1958-ci il təvəllüdlü Əhmədova Sura Abbas qızı və nəvəsi Əhmədov Araz Kərəm oğlu boğularaq ölüblər.

Xəbər lenti

Xəbər lenti