...

Bakıda "bomj" donvurmadan ölüb

Hadisə Materials 17 Dekabr 2008 16:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr / Trend müxbir S.Kazımlı/ Bakıda donvurmadan kişi ölüb. Ölən şəxsin "bomj" olduğu bildirilir. Bu barədə çərşənbə günü Trend - a Əzizbəyov rayon Prokurorluğundan məlumat verilib.

Prokurorluqdan bildiriblər ki, dekabrın 16 - da saat 20:00 radələrində rayonun Şüvəlan qəsəbəsində təxminən 60 - 65 yaşlı kişi donvurma diaqnozu ilə 26 saylı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər. Həmin şəxs xəstəxanada ölüb.

Prokurorluqdan qeyd ediblər ki, hələlik ölən şəxsin kimliyi müəyyənləşməyib. Hazırda onun şəxsiyyətinin müəyyən edilməsi üçün tədbirlər davam etdirilir. Ölən şəxsin "bomj" olduğu bildirilir.

Faktla bağlı Əzizbəyov rayon Prokurorluğunda araşdırma aparılır.

Məqalə müəllıfı ılə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti