...

Azərbaycan paytaxtında respublikanın ən iri ticarət mərkəzlərindən biri yanır (YENİLƏNİB) (Fotosessiya)

Hadisə Materials 21 Dekabr 2008 17:11 (UTC +04:00)
Azərbaycan paytaxtında respublikanın ən iri ticarət mərkəzlərindən biri yanır (YENİLƏNİB) (Fotosessiya)

Azərbaycan, Bakı, 21 dekabr / Trend müxbir S.Kazımlı/ Azərbaycanın ən iri ticarət mərkəzlərindən olan "Sədərək"də baş vermiş yanğın zamanı xəsarət alan iki nəfər FHN əməkdaşı Mərkəzi Klinik Xəstəxanasının toksikoloji şöbəsinə yerləşdirilib. Bu barədə Trend -a Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Rauf Nağıyev məlumat verib. Onun sözlərinə görə, onlara dəm qazından zəhərlənmə diaqnozu qoyulub. "FHN-in digər iki əməkdaşı isə №3-li xəstəxanadadırlar. Onlar yüngül xəsarət alıblar", - deyə Nağıyev bildirib.

Dekabrın 21-də Azərbaycanın ən iri ticarət mərkəzlərindən olan "Sədərək"də yanğın baş verib. Yanğın zamanı ticarət mərkəzində çalışan bəzi insanlar da xəsarət alıb. Onlara yerindəcə tibbi yardım göstərilib.

Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyevin jurnalistlərə bildirdiyinə görə, yanğının qarşısı qismən alınıb, lakin yanğın tam söndürülməyib. O deyib ki, yanğın 1200-1400 kv.m ərazini əhatə edib.

Mirzəyevin sözlərinə görə, yanğının səbəbləri müvafiq istintaq başa çatdıqdan sonra məlum olacaq. O həmçinin əlavə edib ki, FHN-nə yanğın barədə məlumat yerli vaxtla saat 11.00-da daxil olub.

Qeyd edək ki, yanğının söndürülməsinə artıq FHN-in xüsusi vertolyotu cəlb olunub. Vertolyot yanğının əhatə etdiyi əraziyə xüsusi maye buraxıb

Xəbər lenti

Xəbər lenti