...

Azərbaycanın ən iri ticarət mərkəzlərindən olan "Sədərək"də baş vermiş yanğınla bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb

Hadisə Materials 22 Dekabr 2008 14:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 dekabr/ Trend , müxbir S.Kazımlı/ Azərbaycanın ən iri ticarət mərkəzlərindən olan "Sədərək"də baş vermiş yanğınla bağlı Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb. Bu barədə bazar ertəsi nazirliyin mətbuat xidmətindən Trend - a məlumat verilib.

Trend -un arayışı: Dekabrın 21-də saat 11:00 radələrində Azərbaycanın ən iri ticarət mərkəzlərindən olan "Sədərək"də yanğın baş verib. Yanğında ticarət mərkəzində çalışan bəzi insanlar da xəsarət alıb. Onlara yerindəcə tibbi yardım göstərilib. Baş vermiş yanğının söndürülməsi işinə 40 yanğınsöndürən maşın və iki vertolyot cəlb olunub. Bunu hadisə baş verən gün jurnalistlərə açıqlamasında fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev deyib. Yanğın dünən təxminən saat 17:00 radələrində söndürülüb.

DİN - in məlumatında bildirilir ki, Əzizbəyov rayonundakı "Sədərək" Ticarət Mərkəzində baş vermiş yanğın nəticəsində 1000-1500 kv.m sahədə ticarət köşkləri yanıb, Bakı şəhər sakinləri Elçin Əliyev, Fuad Əliyev və Fövqəladə Hallar Nazirliyinin 5 əməkdaşı müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]



Xəbər lenti

Xəbər lenti