...

Azərbaycanın Rusiya ilə sərhəd ərazisində silah-sursat aşkar edilib

Hadisə Materials 9 Mart 2009 12:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 mart / Trend / Azərbaycanın Rusiya ilə sərhəd ərazisində yerləşən Xaçmaz rayonunda (paytaxt Bakıdan 151 km şimalda) silah-sursat aşkar edilib.   

Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Tel kəndi ərazisindən 1 ədəd "AKMS", 1 ədəd nömrəsiz "Karabin" tüfəngi, 1 ədəd xaricdə istehsal olunmuş tapança, 1296 ədəd müxtəlif çaplı patron və digər hərbi sursatlar aşkar edilib, - bazar ertəsi Trend -a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Faktla bağlı araşdırma aparılır. Silah-sursatın kimə məxsus olduğu müəyyənləşdirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti