...

Azərbaycanın cənub bölgəsində yerləşən yaşayış məntəqələri güclü külək nəticəsində ziyan çəkiblər

Hadisə Materials 25 Mart 2009 13:01 (UTC +04:00)
Azərbaycanın cənub bölgəsində yerləşən yaşayış məntəqələri güclü külək nəticəsində ziyan çəkiblər

Azərbaycan, Lənkəran, 25 mart / Trend , müxbir P.Əliyeva /

Azərbaycanın cənub bölgəsində yerləşən yaşayış məntəqələri martın 24-dən 25-nə keçən gecə güclü külək nəticəsində ziyan çəkiblər. Trend -un müxbirinin verdiyi xəbərə görə, güclü külək elektrik ötürücüləri və rabitə xətlərinin sıradan çıxmasına səbəb olub. Ən çox Azərbaycanın Lerik rayonu ziyan çəkib. Pis hava şəraiti nəticəsində Lerik rayonunda 100 elektrik ötürücüsü dirəyi, 13 km kabel və s. sıradan çıxıb. Hazırda Lerik rayonunda elektrik enerjisi yoxdur. Baş verənlərlə bağlı Lerik Rayon İcra Hakimiyyəti Fövqəladə Hallar Nazirliyi, "Azərenerji" və Nazirlər Kabinetinə müraciət edib. Güclü külək nəticəsində cənub bölgəsinin digər rayonları da ziyan çəkib. Yardımlı rayonunda hələ də elektrik enerjisi bərpa olunmayıb, Lənkəranın isə 70 faizi elektrik enerjisi ilə təmin edilib.  

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti