...

Azərbaycanın cənub-şərqində yanacaqdoldurma məntəqəsində partlayış olub, ölən var

Hadisə Materials 3 Aprel 2009 13:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 aprel / Trend , müxbir K.Zərbalıyeva /

Azərbaycanın cənub-şərqində yerləşən İmişli rayonunda yanacaqdoldurma məntəqəsində partlayış baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin cümə günü yaydığı məlumata görə, rayonun Xubyarlı kəndi ərazisindəki maye qazdoldurma məntəqəsində rayon sakini Sadiy Nadirovun idarə etdiyi yükü maye qaz olan "ZİL-130" markalı avtomaşının çənində partlayış olub.

Nəticədə Nadirov hadisə yerində ölüb, avtomaşına qoşulmuş çən dağılıb. Məntəqədə arakəsmə divarı uçub, pəncərə şüşələri sınıb və maye qaz çənlərinin qapaqları yerindən çıxıb.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti