İrandakı aviaqəzada üç Rusiya vətəndaşı həlak olub, biri xəsarət alıb, RİA Novostinin yaydığına görə, bu barədə şənbə günü RF XİN məlumat verib.
Tehrandan havaya qalxan İl-62M təyyarəsi cümə günü gecə İranın Məşhəd şəhərinin aeroportunda təcili eniş edib. Onun bortunda 160 nəfər olub. Eniş zamanı laynerin şassisi yanıb, qalxma-enmə zolağından kənara çıxıb və barıya çırpılıb.
"Qəza nəticəsində 17 nəfər ölüb. Onlardan üçü RF vətəndaşı olub. Yaralanan 30 nəfərdən biri Rusiya vətəndaşıdır. Yaralılar Məşhəd şəhər xəstəxanasındadırlar", - RF XİN mətbuat nə informasiya departamentinin məlumatında deyilir.
"İranın "Ariya Air" aviaşirkətinin İl-62 təyyarəsi daxili Tehran-Məşhəd reysini həyata keçirirmiş. Təyyarə lizinqlə Qazaxıstanın "Deta Air" aviaşirkətindən alınıbmış və onu Qazaxıstan ekipajı idarə edirmiş", - RF XİN bildirib.
Bir müddət əvvəl Qazaxıstan Xİ nazirinin mətbuat katibi RİA Novostiyə bildirib ki, Qazaxıstan vətəndaşları olan 5 nəfər ekipaj üzvünün hamısı qəzada həlak olublar.
Son bir neçə gün ərzində bu, İran təyyarələrinin ikinci qəzasıdır. İyulun 15-də İranın "Caspian Airlines" şirkətinə məxsus Tehran-İrəvan müntəzəm reysini həyata keçirən Tu-154M layneri Tehranın 200 km-liyində qəzaya uğrayıb. Təyyarənin bortunda olan 168 nəfər və 15 ekipaj üzvünün hamısı həlak olub. Ermənistan XİN-nin məlumatına görə, təyyarənin bortunda 35 erməni, o cümlədən ikisi aviatexnik olan beş Ermənistan vətəndaşı olub. Xilasedicilər qəzaya uğrayan laynerin "qara qutu"sunun üçünü də tapıb, lakin onlardan ikisi güclü zədələnib.