...

Azərbaycanda Rusiya vətəndaşı deltaplan qəzasında ölüb

Hadisə Materials 27 İyul 2009 13:42 (UTC +04:00)
Azərbaycanda Rusiya vətəndaşı deltaplan qəzasında ölüb

Azərbaycan, Bakı, 27 iyul /müxbir Trend C.Babayeva / Azərbaycanda Rusiya vətəndaşı deltaplan qəzasında ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend -a bildiriblər ki, dünən axşam yerli vaxtla saat 20.00 radələrində Qax rayonunun (paytaxt Bakıdan 400 kilometr şimal-qərbdə) Qumm kəndi ərazisində Rusiya Federasiyası vətəndaşı Vladimir Xaydukov deltaplanda uçuş zamanı qəzaya uğrayıb. Nəticədə Xaydukov ölüb.

Hadisənin səbəbləri araşdırılır.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti