...

Azərbaycan paytaxtında azyaşlı qızı zorlamaqda təqsirli bilinən şəxslərin barəsində cinayət işi başlayıb

Hadisə Materials 8 Dekabr 2009 11:01 (UTC +04:00)
Bakının Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsindən Trend News-a verilən məlumata görə, Bakı şəhər sakini, 27 yaşlı Orxan İlyas oğlu Cəlilov evlənmək məqsədilə 14 yaşlı Samirəni (ad şərti verilib) qaçırıb.

Azərbaycan, Bakı, 08 dekabr / Trend , muxbir H.Bağırov/

Azərbaycan paytaxtında azyaşlı qızı zorlamaqda təqsirli bilinən şəxslərin barəsində cinayət işi başlayıb.

Bakının Qaradağ rayon Polis İdarəsinin 10-cu polis bölməsindən Trend -a verilən məlumata görə, Bakı şəhər sakini, 27 yaşlı Orxan İlyas oğlu Cəlilov evlənmək məqsədilə 14 yaşlı Samirəni (ad şərti verilib) qaçırıb. Cəlilov azyaşlı qızı qaçırandan sonra onunla cinsi əlaqədə olub.

Aparılan araşdırmalar zamanı məlum olub ki, Cəlilovla yanaşı azyaşlı qızla Famil adlı şəxs də cinsi əlaqədə olub.

İstintaq orqanı hazırda Famil adlı şəxsin kimliyini araşdırır.

Faktla bağlı Cinayət Məcəlləsinin təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində sksual xarakterli zorakılıq hərəkətləri etmək (150.3.3) maddəsi ilə cinayət işi başlayıb, istintaq aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti