...

Sel İranın Hörmuzqan vilayətində 30 evin tamamilə dağılmasına səbəb olub

Hadisə Materials 9 Dekabr 2009 15:30 (UTC +04:00)
Ötən gecə güclü yağış və sel İranın Hörmuzqan vilayətinin Rudan şəhərində 20 evə 70 faiz ziyan vurub və 30 evin tamamilə dağılmasına səbəb olub. Bu barədə Trend News İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.
Sel İranın Hörmuzqan vilayətində 30 evin tamamilə dağılmasına səbəb olub

Ötən gecə güclü yağış və sel İranın Hörmuzqan vilayətinin Rudan şəhərində 20 evə 70 faiz ziyan vurub və 30 evin tamamilə dağılmasına səbəb olub. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

Bundan başqa sel və daşqınlar nəticəsində Rudan şəhərində 100 elektrik dirəyi sıradan çıxıb. Məlumata əsasən, sel əkin sahələrinin məhv olmasına, yol keçidlərinin, su və rabitə təchizatının sıradan çıxmasına səbəb olub. İlkin hesablamalara görə, sel Rudan şəhərinə 280 min dollar dəyərində ziyan vurub.Ölən və yaralananlarla bağlı məlumat yoxdur. Hadisənin baş verdiyi andan indiyədək xilasetmə işləri həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti