...

Bakının Nərimanov rayonunda baş verən yanğın söndürülüb (FOTO)

Hadisə Materials 9 Dekabr 2009 20:54 (UTC +04:00)
Bakının Nərimanov rayonunda Təhsil Nazirliyinin yaxınlığında yerləşən qaçqın və məcburi köçkünlərin yaşadığı doqquz mərtəbəli yataqxanada yanğın baş verib. Hazırda yanğın söndürülüb. Nərimanov rayon prokurorluğunun məlumatına görə, ölən və yaralanan yoxdur.
Bakının Nərimanov rayonunda baş verən yanğın söndürülüb (FOTO)

Azərbaycan, Bakı, 09 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Bakının Nərimanov rayonunda Təhsil Nazirliyinin yaxınlığında yerləşən qaçqın və məcburi köçkünlərin yaşadığı doqquz mərtəbəli yataqxanada yanğın baş verib. Hazırda yanğın söndürülüb. Nərimanov rayon prokurorluğunun məlumatına görə, ölən və yaralanan yoxdur.

Şahidlərin sözlərinə görə, güclü yanğın binanın 8 və 9-cu mərtəbələrini əhatə edib.

Fövqəladə Hallar Nazirliyi və Yanğından Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə gəliblər.

FHN-in Yanğından Mühafizə Xidmətindən Trend -a verilən məlumata görə, idarəyə orta dərəcəli yanğın barədə siqnal daxil olub.

Yanğın Qədirbəyov küç. 63 ünvanında baş verib.

"Hazırda yanğının baş vermə səbəbləri araşdırılır", - Nərimanov rayon prokurorluğundan Trend -a məlumat verilib.

Trend -un hadisə yerində olan əməkdaşının xəbər verdiyi kimi, hazırda yanğın söndürülüb.

Xəbər lenti

Xəbər lenti