...

İranın paytaxtında kamikadze zərərsizləşdirilib

Hadisə Materials 11 Dekabr 2009 10:30 (UTC +04:00)
Ötən gecə İranın paytaxtı Tehranın Moləvi xiyabanında yerləşən "Dərvişlər" evində özünü partlatmaq istəyən kamikadze polis tərəfindən zərərsizləşdirilib. Bu barədə Trend News İranın FARS xəbər agentliyinə istinadən məlumat yayıb.
İranın paytaxtında kamikadze zərərsizləşdirilib

Azərbaycan, Bakı, 11 dekabr / Trend /

Ötən gecə İranın paytaxtı Tehranın Moləvi xiyabanında yerləşən "Dərvişlər" evində özünü partlatmaq istəyən kamikadze polis tərəfindən  zərərsizləşdirilib. Bu barədə Trend İranın FARS xəbər agentliyinə istinadən məlumat yayıb.

Məlumata əsasən, 50 yaşında bir kişi üstünə əl qumbarası və dinamit bağlayaraq Moləvi xiyabanında yerləşən "Dərviş"lər evinə gəlib və oranı partlatmaq istəyib. Polisin müdaxiləsi ilə kamikadze zərərsizləşdirilib, lakin polisin müdaxiləsi zamanı o bir neçə səs qumbarasını partlada bilib. Tehran şəhər polis komandiri Əzizullah Rəcəbzadə əməliyyata rəhbərlik edib.

Xəbər lenti

Xəbər lenti