...

İranın Kohnuc şəhərində 600 ev su altında qalıb

Hadisə Materials 11 Dekabr 2009 12:32 (UTC +04:00)
İranın Kohnuc şəhər icra başçısı Abbas Etminani bildirib ki, şəhər ətrafındakı kəndlər və qəsəbələrlə yanaşı, hazırda şhərin özündə də 600 ev su altında qalıb və şəhərin yeddi məhəlləsində lilin səviyyəsi 1.5 metrə çatır. Bu barədə Trend News İranın MEHR xəbər agentliyinə istinadən məlumat yayıb.
İranın Kohnuc şəhərində 600 ev su altında qalıb

İranın Kohnuc şəhər icra başçısı Abbas Etminani bildirib ki, şəhər ətrafındakı kəndlər və qəsəbələrlə yanaşı, hazırda şhərin özündə də 600 ev su altında qalıb və şəhərin yeddi məhəlləsində lilin səviyyəsi 1.5 metrə çatır. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat yayıb.

Etminani əlavə edib ki, hazırda 10 xilasetmə briqadası əhaliyə müxtəlif məntəqələrdə küçələrin, evlərin sudan təmizlənməsi və əhaliyə yardım edilməsi ilə məşğuldur, lakin fəlakətin fəsadları böyük olduğundan briqadaların sayı artırılmalıdır. Etminanı digər şəhərlərdən yardım briqadaları göndərilməsini istəyib.

Kohnuc şəhərində orta hesabla illik yağıntı 203 millimetr təşkil edir, lakin ötən iki gün ərzində bu rəqəm 103 millimetr olub. Yağışların bir neçə gün də davam edəcəyi proqnozlaşdırılır.

Kohnuc şəhəri İranın Kerman əyalətində yerləşir.

Xəbər lenti

Xəbər lenti