...

Azərbaycanda neft kəmərlərinin keçdiyi ərazidə yanğın baş verib

Hadisə Materials 15 Dekabr 2009 17:39 (UTC +04:00)
Azərbaycanın Kürdəmir rayonunda neft kəmərlərinin keçdiyi ərazidə yanğın baş verib.
Azərbaycanda neft kəmərlərinin keçdiyi ərazidə yanğın baş verib

Azərbaycan, Bakı, 14 dekabr / Trend , müxbir F.Hüseynli/  Azərbaycanın Kürdəmir rayonunda neft kəmərlərinin keçdiyi ərazidə yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat yayıb.

Nazirliyin məlumatında bildirilir ki, Kürdəmir rayonu, Sığırlı kənd bələdiyyəsinə məxsus ərazidə 5 hektar sahədə kol-kos yanıb. Əraziyə cəlb olunmuş yanğınsöndürmə briqadasının səyi nəticəsində yaxınlıqdakı neft boru kəmərləri yanğından mühafizə olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti