...

Bakıda yaşayış evində partlayış baş verib

Hadisə Materials 19 Dekabr 2009 17:35 (UTC +04:00)
Bakının Rəsulzadə qəsəbəsində, Dəmiryolu 23 ünvanında yerləşən yaşayış evində partlayış baş verib. Trend News-un müxbiri hadisə yerindən məlumat verir.
Bakıda yaşayış evində partlayış baş verib

Azərbaycan, Bakı, 19 dekabr/ Trend /

Bakının Rəsulzadə qəsəbəsində, Dəmiryolu 23 ünvanında yerləşən yaşayış evində partlayış baş verib. Trend -un müxbiri hadisə yerindən məlumat verir.

Hadisə nəticəsində ölən və yaralanan yoxdur. İlkin məlumatlara görə, partlayış nəticəsində təxminən beş evə ziyan dəyib.

Hazırda Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin əməkdaşları yanğının söndürülməsi və yayılmasının qarşısının alınmasına dair tədbirlər görür.

Ilkin məlumatlara görə, partlayışın səbəbi kimi qaz sızması və elektrik xəttində qısaqapanma bildirilir.

Xəbər lenti

Xəbər lenti