...

Azərbaycanda ağır yol qəzası olub, 4 nəfər ölüb

Hadisə Materials 22 Dekabr 2009 14:32 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend News-a verilən məlumata görə, Göygöl rayonu ərazisində Goranboy rayon sakini Elvin Mehdiyev “Lexus” markalı avtomaşını idarə edərkən onu maneəyə vurub, sonradan avtomaşın aşaraq yanıb.
Azərbaycanda ağır yol qəzası olub, 4 nəfər ölüb

Azərbaycan, Bakı, 21 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanın Göygöl rayonunda (paytaxt bakıdan 380 kilometr qərbdə) avtobobildə 4 nəfər yanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, Göygöl rayonu ərazisində Goranboy rayon sakini Elvin Mehdiyev "Lexus" markalı avtomaşını idarə edərkən onu maneəyə vurub, sonradan avtomaşın aşaraq yanıb.

Nəticədə Mehdiyev və sərnişinləri, əmisi Rasim Mehdiyev, Gəncə şəhər sakini Firəngiz Musayeva və 20-25 yaşlı kişi avtomaşında yanıblar.

Göygöl rayon polis şöbəsi tərəfindən araşdırmalar aparılır.

Xəbər lenti

Xəbər lenti