...

Azərbaycanda bələdiyyə sədri İcra Hakimiyyətinin işçilərini ölümlə hədələyib

Hadisə Materials 22 Dekabr 2009 14:44 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend News-a verilən məlumata görə, Dəvəçi rayon İcra Hakimiyyətinin inzibati binasında Şahnəzərli kənd bələdiyyəsinin sədri, bələdiyyəyə namizəd, kənd sakini, əvvəllər məhkum olunmuş Əhəd Hüseynov xuliqanlıq zəminində İcra Hakimiyyəti başçısının müavini Mehdi Balabəyovu təhqir edib.
Azərbaycanda bələdiyyə sədri İcra Hakimiyyətinin işçilərini ölümlə hədələyib

Azərbaycan, Bakı, 21 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda bələdiyyə sədri İcra Hakimiyyətinin işçilərini ölümlə hədələyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə axşamı Trend -a verilən məlumata görə, Dəvəçi rayon İcra Hakimiyyətinin inzibati binasında Şahnəzərli kənd bələdiyyəsinin sədri, bələdiyyəyə namizəd, kənd sakini, əvvəllər məhkum olunmuş Əhəd Hüseynov xuliqanlıq zəminində İcra Hakimiyyəti başçısının müavini Mehdi Balabəyovu təhqir edib.

Bələdiyyə sədri, onu intizama dəvət edən orada xidmət aparan DİN Baş Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı Rəşad Novruzovun qanuni tələblərinə tabe olmayıb, ona qarşı müqavimət göstərib və oranın işçiləri Saleh Təhməzovu, Nəsimi Mirzəyevi öldürəcəyi ilə hədələyib.

Faktla əlaqədar toplanmış materiallar araşdırmalar aparılması üçün rayon prokurorluğuna göndərilib.

Xəbər lenti

Xəbər lenti