...

Azərbaycan paytaxtında texnikum rektorunun otağı qarət edilib

Hadisə Materials 24 Dekabr 2009 19:42 (UTC +04:00)
Azərbaycan paytaxtında texnikum rektorunun otağından oğurluq edilib
Azərbaycan paytaxtında texnikum rektorunun otağı qarət edilib

Azərbaycan, Bakı, 24 dekabr / Trend , müxbir H.Bağırov/

Azərbaycan paytaxtında texnikum rektorunun otağından oğurluq edilib.

Binəqədi rayon Polis İdarəsinin 5-ci polis bölməsindən Trend -a verilən məlumata görə, C.Xəndan küçəsi 19 ünvanında yerləşən Mədəni Maarif Texnikumunun rektoru Bakı şəhər sakini 1975-ci il təvəllüdlü İlqar Akif oğlu Mahmudovun xidməti otağından 1500 (min beş yüz) manat, 400 (dörd yüz) avro, 2 ədəd qızıl saat naməlum şəxs tərəfindən oğurlanıb.

Faktla bağlı cinayət işi başlayıb.

Xəbər lenti

Xəbər lenti