...

Azərbaycan paytaxtında yaşayış evində baş verən yanğın söndürülüb, xəsarət alan yoxdur (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 28 Dekabr 2009 15:36 (UTC +04:00)
Bakının Yasamal rayonunun Cəfər Cabbarlı, 19 ünvanında yerləşən yaşayış evlərindən birində bazar ertəsi yanğın baş verib.
Azərbaycan paytaxtında yaşayış evində baş verən yanğın söndürülüb, xəsarət alan yoxdur (ƏLAVƏ OLUNUB)

RED. əlav.: axırıncı abzas əlavə olunub

Azərbaycan, Bakı, 28 dekabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan paytaxtında yaşayış evində baş verən yanğın söndürülüb, xəsarət alan yoxdur

Bakının Yasamal rayonunun Cəfər Cabbarlı, 19 ünvanında yerləşən yaşayış evlərindən birində bazar ertəsi yanğın baş verib.

Yanğının söndürülməsinə 5-dən çox yanğın söndürən maşın cəlb edilib. Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının verdiyi məlumata görə yanğın söndürülüb, Trend -un xüsusi müxbiri hadisə yerindən məlumat verir.

Yanğın nəticəsində bu evdə olan 5 mənzilə ziyan dəyib. Yanğının səbələri araşdırılır.

"İlkin məlumatlara görə, yanğın ruhi xəstə olan bir nəfər şəxsin təqsiri üzündən baş verib", - şahidlər deyib.

Xəbər lenti

Xəbər lenti