...

Azərbaycan paytaxtında metrostansiyaya bomba qoyulması barədə məlumat təsdiqini tapmayıb

Hadisə Materials 6 Yanvar 2010 13:29 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü verilən məlumata görə, dünən saat 20.30 radələrində naməlum şəxs Fövqəladə Hallar Nazirliyinin "112" xidmətinə zəng edərək metronun Əzizbəyov stansiyasına bomba qoyulması barədə məlumat verib.
Azərbaycan paytaxtında metrostansiyaya bomba qoyulması barədə məlumat təsdiqini tapmayıb

Azərbaycan, Bakı, 06 yanvar / Trend /

Azərbaycan paytaxtında metrostansiyaya bomba qoyulması barədə məlumat təsdiqini tapmayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən çərşənbə günü verilən məlumata görə, dünən saat 20.30 radələrində naməlum şəxs Fövqəladə Hallar Nazirliyinin "112" xidmətinə zəng edərək metronun Əzizbəyov stansiyasına bomba qoyulması barədə məlumat verib.

Məlumat DİN-in Növbətçi Hissələri İdarəetmə Xidmətinə ötürüldükdən sonra dərhal əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Lakin məlumat təsdiqini tapmayıb. Araşdırmalar aparılır.

Xəbər lenti

Xəbər lenti