...

Azərbaycanda Moskva Böyük Dövlət Sirkinin işçisi nömrə göstərən zaman xəsarət alıb

Hadisə Materials 6 Yanvar 2010 16:27 (UTC +04:00)
Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsindən Trend News-a verilən məlumata görə, Səməd Vurğun küçəsi 60 ünvanında yerləşən Bakı Dövlət sirkində Rusiya Federasiyasının vətəndaşı, 1988-ci il təvəllüdlü Tandelov Stonislav Sernyonoviç nömrə göstərərkən, gözünə qamçı dəyib.
Azərbaycanda Moskva Böyük Dövlət Sirkinin işçisi nömrə göstərən zaman xəsarət alıb

Azərbaycan, Bakı, 06 yanvar / Trend , muxbir H.Bağırov/

Azərbaycanda Rusiya vətəndaşı bədbəxt hadisə nəticəsində xəsarət alıb.

Nəsimi rayon Polis İdarəsinin 21-ci polis bölməsindən Trend -a verilən məlumata görə, Səməd Vurğun küçəsi 60 ünvanında yerləşən Bakı Dövlət sirkində Rusiya Federasiyasının vətəndaşı, 1988-ci il təvəllüdlü, Moskva Böyük Dövlət Sirkinin işçisi Tandelov Stonislav Sernyonoviç nömrə göstərərkən, gözünə qamçı dəyib. O, aldığı xəsarətlə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Moskva Böyük Dövlət Sirki dekabrın 25-dən yanvarın 10-a qədər yeni il proqramı ilə Bakı Sirkində çıxış edir.

Xəbər lenti

Xəbər lenti