...

Azərbaycan paytaxtında Neft Emalı Zavodunda yanğın baş verib

Hadisə Materials 14 Yanvar 2010 14:06 (UTC +04:00)
Cümə axşamı Bakının Nizami rayonu ərazisindəki Neft Emalı Zavodunda (NEZ) yanğın baş verib. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin saytının məlumatına görə, NEZ-də rezervuarda olan 300 kubmetr həcmində mazut qalıqları alışıb.
Azərbaycan paytaxtında Neft Emalı Zavodunda yanğın baş verib

Azərbaycan, Bakı, 14 yanvar / Trend , müxbir K.Zərbalıyeva/

Cümə axşamı Bakının Nizami rayonu ərazisindəki Neft Emalı Zavodunda (NEZ) yanğın baş verib. Azərbaycan Fövqəladə Hallar Nazirliyinin saytının məlumatına görə, NEZ-də rezervuarda olan 300 kubmetr həcmində mazut qalıqları alışıb.

Yanğının yaxınlıqdakı sex və rezervuarlara yayılmaması üçün vaxtında qarşısı alınıb. Yanğın Bakı vaxtı ilə saat 11:58-də söndürülüb.

İlkin versiyalara görə, yanğın qaynaq işləri zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verib.

Xəbər lenti

Xəbər lenti