...

Strasburqda Azərbaycanlı gənci qətlə yetirməkdə təqsirli bilinən şəxsə hökm oxunub

Hadisə Materials 20 Yanvar 2010 23:32 (UTC +04:00)
20 yanvar 2010-ci il tarixində Fransanın Strasburq şəhərində 1990-cı il təvəllüdlü Orxan Əliheydər oğlu Ağayevi qəsdən qətlə yetirməkdə təqsirli bilinən şəxsə hökm oxunub. O, 15 il həbs cəzasına məhkum edilib. Bu barədə Trend News-a çərşənbə günü telefonla Elzas regionu Aşağı Reyn departamentinin Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsindən məlumat verilib.
Strasburqda Azərbaycanlı gənci qətlə yetirməkdə təqsirli bilinən şəxsə hökm oxunub

Azərbaycan, Bakı, 20 janvar/ Trend , müxbir K.Zərbəliyeva/

20 yanvar 2010-ci il tarixində Fransanın Strasburq şəhərində 1990-cı il təvəllüdlü Orxan Əliheydər oğlu Ağayevi qəsdən qətlə yetirməkdə təqsirli bilinən şəxsə hökm oxunub. O, 15 il həbs cəzasına məhkum edilib. Bu barədə Trend -a çərşənbə günü telefonla Elzas regionu Aşağı Reyn departamentinin Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməsindən məlumat verilib.

Bazar ertəsi səhər başlayan məhkəmə prosesində şahidlər ifadəvermiş, tramvayın videokamerasının çəkdiyi görüntülər nümayiş etdirilmiş, hər iki tərəfi təmsil edən vəkillərin, eləcə də dövlət ittihamçısının ittihamnamasi dinlənilib.

Dövlət ittihamçısı Loran Favr çıxışında qətlin bilərəkdən törədildiyini qeyd edib və məhkəmənin diqqətini zərərçəkmişlərin, mərhumun ailəsinin, cəmiyyətinin maraqlarının nəzərə alınmasına, təqsirləndirilən şəxsin cəmiyyət üçün təhlükəli olduğuna çəkib, Bu məqamda o, 32 yaşlı Nikola Stuzmanın əvvəllər dördü zorakılıq aktı olmaqla, beş dəfə cinayət məsuliyyətinə cəlb olunduunu məhkəmə heyətinin nəzərinə çatdırıb. Çıxışının sonunda o, məhkəmədən N. Stuzmana 20 il həbs cəzası verilməsini tələb edib.

Məhkəmə hökmünü çərşənbə günü günün ikinci yarsında veribə qatilin mərhumu həqiqətən öldürmək niyyəti olduğuna qərar verib.

Mərhumun ailəsinin vəkili cənab Elmrini jurnalistlərə açıqlamasında çıxarılan hökmün ağlabatan olduğunu qeyd edib və məhkəmə heyətinin əksər səs çoxluğu ilə qatilin mərhumu həqiqətən öldürmək niyyəti olduğuna qərar verməsini müsbət adlandırıb.

Xatırladaq ki, 2008-ci il yanvarın 7-də Fransa vaxtı ilə saat 17.30-da Strasburqda Orxan Əliheydər oğlu Ağayev tramvayda boğaz nahiyəsindən bıçaqlanaraq qətlə yetirilib. Ailə üzvləri ilə birlikdə Strasburqda yaşayan Orxan Ağayevin hadisədən iki gün əvvəl- yanvarın 6-da 18 yaşı tamam olub.

Xüsusi təyinatlı döyüş batalyonunda Yuqoslaviyada xidmət edən N. Stuzman alkol və narkotik maddələrdən istifadə edib.

 Yerli KİV-də məhkəmə prosesi ilə bağlı silsilə yazılar dərc olunub və France3 televiziya kanalı reportaj hazırlayıb..

Prosesdə mərhumun ailəsi, yaxınları, Azərbaycanın Avropa Şurası yanında Daimi Nümayəndəliyin əməkdaşları və Azərbaycan diasporunun nümayəndəəri iştirak edib.

Xəbər lenti

Xəbər lenti