...

Azərbaycanın qərbində intihar edənlərin sayı artıb

Hadisə Materials 27 Yanvar 2010 12:57 (UTC +04:00)
Azərbaycanın qərbində yerləşən Gəncə şəhərində (paytaxt Bakıdan 365 kilometr aralı) ötən il intihar edənlərin sayı artıb. Bu barədə çərşənbə günü Trend News-a Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şöbəsinin rəisi Cavanşir Əliyev məlumat verib.
Azərbaycanın qərbində intihar edənlərin sayı artıb

Azərbaycan, Gəncə, 27 yanvar / Trend , müxbir V.Məmmədov/

Azərbaycanın qərbində yerləşən Gəncə şəhərində (paytaxt Bakıdan 365 kilometr aralı) ötən il intihar edənlərin sayı artıb. Bu barədə çərşənbə günü Trend -a Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şöbəsinin rəisi Cavanşir Əliyev məlumat verib.

Onun sözlərinə görə, ötən il Gəncədə 18 nəfər intihar edib. 2008-ci illə müqayisədə bu il 5 nəfərin çox olduğunu bildirən müsahib intihar edənlərin 15 nəfərinin kişi, 3-nün isə qadın olduğunu söyləyib. Məlumata görə, özünü öldürənlərin 3-ü 15-25 yaş arası, 5-i 26-40 yaş arası, 6-sı 41-60 yaş arası, 4-ü isə 60 yaşdan yuxarı olanlardır.

Ölüm hadisələrinin 12-si asılma,1-i özünü yandırma, 3-ü sirkə turşusu içmə və 2-si odlu silahdan atəş açma nəticəsində baş verib.

2008-ci ildə 13 nəfər intihar edib ki, onlardan 7-si kişi, 6-sı qadın olub. Həmin ildə özünü öldürənlərin 8-i 60 yaşdan yuxarı insanlar olub.

Xəbər lenti

Xəbər lenti