...

Azərbaycanda Mingəçevir su anbarında iki nəfər itkin düşüb

Hadisə Materials 11 Mart 2010 17:47 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin internet saytının məlumatına görə, Daxili İşlər Nazirliyinin Samux rayon Polis Şöbəsindən daxil olmuş məlumata əsasən, Samux rayon sakinləri 1966-cı il təvəllüdlü Asif Yaqub oğlu Əhmədov və 1972-ci il təvəllüdlü Rəfail Kamal oğlu Vəliyev Mingəçevir su anbarında balıq tutmaq məqsədi ilə evdən çıxıb və bir daha geri qayıtmayıblar.
Azərbaycanda Mingəçevir su anbarında iki nəfər itkin düşüb

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda Mingəçevir su anbarında iki nəfər itkin düşüb.

Fövqəladə Hallar Nazirliyinin internet saytının məlumatına görə, Daxili İşlər Nazirliyinin Samux rayon Polis Şöbəsindən daxil olmuş məlumata əsasən, Samux rayon sakinləri 1966-cı il təvəllüdlü Asif Yaqub oğlu Əhmədov və 1972-ci il təvəllüdlü Rəfail Kamal oğlu Vəliyev Mingəçevir su anbarında balıq tutmaq məqsədi ilə evdən çıxıb və bir daha geri qayıtmayıblar.

Daxil olmuş müraciət əsasında martın 11-də Fövqəladə Hallar Nazirliyinin əməkdaşları qeyd olunan su hövzəsində batdıqları ehtimal olunan şəxslərin axtarışlarına cəlb olunublar.

Xəbər lenti

Xəbər lenti