...

Azərbaycanın Kür çayında daşqın olub

Hadisə Materials 17 Mart 2010 12:49 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin internet saytının məlumatına görə, Kür çayının Qazax rayonu ərazisindən keçən hissəsində yağan yağışlar nəticəsində daşqın əmələ gəlib.
Azərbaycanın Kür çayında daşqın olub

Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanın qərbində yerləşən Qazax rayonunda Kür çayında daşqın olub.

Fövqəladə Hallar Nazirliyinin internet saytının məlumatına görə, Kür çayının Qazax rayonu ərazisindən keçən hissəsində yağan yağışlar nəticəsində daşqın əmələ gəlib.

Nəticədə rayonun Aşağı Salahlı kəndinə yaxın ərazilər subasmaya məruz qalıb.

Həmin vaxt qeyd olunan yerdə təsərrüfatla məşğul olan 14 nəfər köməksiz vəziyyətdə qalıb.

Fövqəladə Hallar Nazirliyi Dövlət Sularda Xilasetmə Xidmətinin Aran Dalğıc Axtarış Qrupunun (Mingəçevir şəhəri) dalğıc-xilasedicilərinin və Gəncə Regional Mərkəzinin xilasedicilərinin köməkliyi ilə zərərçəkmişlər xilas olunublar.

Qazax paytaxt Bakıdan 500 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti