...

Azərbaycanda Səhiyyə Nazirliyinə məxsus xəstəxanada yanğın olub

Hadisə Materials 31 Mart 2010 12:14 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin internet saytının çərşənbə günü yaydığı məlumata görə, Beyləqan şəhərində Səhiyyə Nazirliyinə məxsus, ümumi sahəsi 1500 kv.m olan ikimərtəbəli xəstəxana binasının damında kompressor qurğusunun yanar hissələri yanıb.
Azərbaycanda Səhiyyə Nazirliyinə məxsus xəstəxanada yanğın olub

Azərbaycan, Bakı, 31 mart / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda Səhiyyə Nazirliyinə məxsus xəstəxanada yanğın olub.

Fövqəladə Hallar Nazirliyinin internet saytının çərşənbə günü yaydığı məlumata görə, Beyləqan şəhərində Səhiyyə Nazirliyinə məxsus, ümumi sahəsi 1500 kv.m olan ikimərtəbəli xəstəxana binasının damında kompressor qurğusunun yanar hissələri yanıb.

FHN-in yanğındanmühafizə xidmətinin əməkdaşları yanğının binaya keçməsinin qarşısını alıb. Yanğın zamanı ölən və xəsarət alan olmayıb.

Beyləqan paytaxt Bakıdan 265 kilometr məsafədə yerləşir.

Xəbər lenti

Xəbər lenti