...

Azərbaycanın Abşeron rayonunda ağır yol qəzası baş verib, 7 nəfər yaralanıb

Hadisə Materials 1 May 2010 14:19 (UTC +04:00)
Aprelin 30-da saat 14:00 radələrində Abşeron rayonu ərazisində Bakı şəhər sakini Mirzəağa Manafov "VAZ-21063" markalı avtomaşını idarə edərkən yolda təmir işləri aparan "Azərinşaatservis" MMC-nin fəhlələri Tərlan Əliyevi, Ceyhun Abdullayevi, Şakir Salmanovu və onun qardaşı Fazili vurub, sonradan idarəetməni itirərək avtomaşını aşırıb.
Azərbaycanın Abşeron rayonunda ağır yol qəzası baş verib, 7 nəfər yaralanıb

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın Abşeron rayonunda ağır yol qəzası baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, aprelin 30-da saat 14:00 radələrində Abşeron rayonu ərazisində Bakı şəhər sakini Mirzəağa Manafov "VAZ-21063" markalı avtomaşını idarə edərkən yolda təmir işləri aparan "Azərinşaatservis" MMC-nin fəhlələri Tərlan Əliyevi, Ceyhun Abdullayevi, Şakir Salmanovu və onun qardaşı Fazili vurub, sonradan idarəetməni itirərək avtomaşını aşırıb.

Nəticədə xəsarət almış Əliyev, Abdullayev, Salmanov və qardaşı Fazil, habelə Manafovun sərnişinləri, arvadı Aygün, oğlu Məhərrəm və həmyerlisi Emin Qasımov xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı cinayət işi açılıb.

Xəbər lenti

Xəbər lenti