...

Bakı-Sumqayıt yolunda yük avtomobili ilə sərnişin avtobusu toqquşub (FOTO)

Hadisə Materials 4 May 2010 18:27 (UTC +04:00)
Azərbaycanda Bakı-Sumqayıt magistralında çərşənbə axşamı saat 15:00 radələrində yük avtomobili ilə sərnişin avtobusu toqquşub. Bu barədə hadisənin şahidləri Trend-ə məlumat veriblər.
Bakı-Sumqayıt yolunda yük avtomobili ilə sərnişin avtobusu toqquşub (FOTO)

Azərbaycan, Bakı, 4 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanda Bakı-Sumqayıt magistralında çərşənbə axşamı saat 15:00 radələrində yük avtomobili ilə sərnişin avtobusu toqquşub. Bu barədə hadisənin şahidləri Trend-ə məlumat veriblər.

Yol qəzası nəticəsində avtobusun bir sərnişini yüngül xəsarət alıb və hadisə yerini tərk edib. Avtobus sürücüsünü içkili olub-olmasını yoxlamaq üçün Ceyranbatan postuna aparıblar.

Baş Dövlət Yol Poilsi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Kamran Əliyev məlumatı təsdiqləyib və bildirib ki, hazırda hadisənin başvermə səbəbləri öyrənilir.

Xəbər lenti

Xəbər lenti