...

Azərbaycanın Sabirabad rayonunda bəndin uçması nəticəsində 4 kəndi su basıb - FHN

Hadisə Materials 11 May 2010 13:19 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin internet saytının yaydığı məlumata görə, mayın 10-u gecə saatlarında hadisə rayonlarına cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyəti qurumların əlavə qüvvə və texnikasının köməkliyi ilə bəndbərkitmə işləri aparılıb.
Azərbaycanın Sabirabad rayonunda bəndin uçması nəticəsində 4 kəndi su basıb - FHN

Azərbaycan, Bakı, 11 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın Sabirabad rayonunun Mürsəlli kəndi yaxınlığında Kür çayı sahilində bəndin bir hissəsinin dağılması nəticəsində rayonun Mürsəlli, Ulacalı, Şıxlar və Bulduq kəndlərinin bəzi əraziləri daşqın suları ilə dolub.

Fövqəladə Hallar Nazirliyinin internet saytının yaydığı məlumata görə, mayın 10-u gecə saatlarında hadisə rayonlarına cəlb edilmiş Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyəti qurumların əlavə qüvvə və texnikasının köməkliyi ilə bəndbərkitmə işləri aparılıb.

Qeyd olunan kəndlərin sakinləri evakuasiya olunub. Sözügedən ərazilərdə bəndbərkitmə işləri davam etdirilir.

Trend-in arayışı: Son günlər ərzində yağan intensiv yağışlar nəticəsində Kürün məcradan çıxması səbəbindən, 40 rayonun ərazisində subasma halları qeydə alınıb. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev uçub, 2 min ev qəzalı vəziyyətdədir və 50 min hektar əkin və örüş sahələri su altında qalıb.

Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov dünən jurnalistlərə bildirib ki, Kür çayının bəzi yerlərində suyun səviyyəsinin 1 metrə qədər azalması müşahidə olunur.

"Artıq böhranlı vəziyyətdən çıxmışıq. Hazırda uçulmuş bəndlərin bərpası işi gedir. İki-üç günə bəndlərin tam bərpası başa çatacaq", - Heydərov deyib. Nazirin sözlərinə görə, köçürülmüş 9 kəndin əhalisinin normal vəziyyətdə yaşaması üçün lazımi tədbirlər görülüb.

Qurbanlı deyib ki, Prezident keçirilən müşavirədə müvafiq tədbirlərin görülməsi ilə bağlı bütün dövlət strukturlarına tapşırıq verib və millət vəkilləri də üzərlərinə düşəni etməlidir.

Xəbər lenti

Xəbər lenti