...

Azərbaycanın Quba rayonu ərazisində torpaq sürüşməsi 10 evə və məktəb binasına ziyan vurub - FHN

Hadisə Materials 18 May 2010 13:47 (UTC +04:00)
Azərbaycanın Quba rayonu ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində 10 evə və məktəb binasına ziyan dəyib.
Azərbaycanın Quba rayonu ərazisində torpaq sürüşməsi 10 evə və məktəb binasına ziyan vurub - FHN

Azərbaycan, Bakı, 18 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Quba rayonu ərazisində baş vermiş torpaq sürüşməsi nəticəsində 10 evə və məktəb binasına ziyan dəyib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatında deyilir.

FHN əməkdaşları tərəfindən əraziyə baxış keçirilməsindən sonra çatlar və yeraltı suların torpağın səthinə çıxması aşkar edilib.

Quba rayonu ərazisində torpaq sürüşməsi aprelin 28-29-da Çiçi kəndində fəallaşıb.

Quba rayonu Bakıdan 120 kilometrlik məsafədə yerləşir.

Xəbər lenti

Xəbər lenti