...

Azərbaycanın Siyəzən rayonunda dağılan bənd bərpa olunub - FHN

Hadisə Materials 21 May 2010 13:08 (UTC +04:00)
Azərbaycanın bəzi şimal rayonlarında mayın 20-də hava şəraitinin dəyişməsi, dağlıq ərazilərdə leysan xarakterli yağışların yağması nəticəsində, Ataçay çayının Siyəzən rayonu ərazisindən keçən hissəsində gursululuq yaranıb və sahil-mühafizə bəndinin bir hissəsi dağılıb, - məlumatı cümə günü Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytı yayıb.
Azərbaycanın Siyəzən rayonunda dağılan bənd bərpa olunub - FHN

Azərbaycan, Bakı, 21 may /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın bəzi şimal rayonlarında mayın 20-də hava şəraitinin dəyişməsi, dağlıq ərazilərdə leysan xarakterli yağışların yağması nəticəsində, Ataçay çayının Siyəzən rayonu ərazisindən keçən hissəsində gursululuq yaranıb və sahil-mühafizə bəndinin bir hissəsi dağılıb, - məlumatı cümə günü Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytı yayıb.

Məlumata görə, rayonun Böyük Həmyə və Balaca Həmyə kəndlərində bəzi ərazilər daşqın suları ilə dolma təhlükəsi ilə üzləşib. Yağıntıların səbəb olduğu sel nəticəsində, Ataçay çayının üzərindən salınmış qaz boru xəttinin bir hissəsi dağılıb. İnsan tələfatı və tikililərdə dağıntı qeydə alınmayıb. Görülmüş tədbirlər nəticəsində, gecə saatlarında bənd bərpa olunub. Yaranmış vəziyyətin nəticələrinin aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər davam etdirilir.

Son həftələr ərzində Kürün məcradan çıxması və digər çaylarda daşqınlar səbəbindən, 40 rayonun ərazisində subasma halları qeydə alınıb. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev dağılıb, 2 min ev qəzalı vəziyyətdədir və 50 min hektar əkin və örüş sahələrini su basıb.

Xəbər lenti

Xəbər lenti