...

Azərbaycanlıların da olduğu Tbilisi-İstanbul marşrutu ilə hərəkət edən sərnişin avtobusu aşıb, 30-dan çox insan xəsarət alıb

Hadisə Materials 25 May 2010 10:48 (UTC +04:00)
Tbilisi-Stambul marşrutu ilə hərəkət edən sərnişin avtobusu bazar ertəsi Türkiyənin Rizə rayonunun ərazisində aşıb, 30-dan çox insan xəsarət alıb, RİA Novosti "Novosti-Qruziya" agentliyinə istinadən xəbər verir.
Azərbaycanlıların da olduğu Tbilisi-İstanbul marşrutu ilə hərəkət edən sərnişin avtobusu aşıb, 30-dan çox insan xəsarət alıb

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir/ Tbilisi-İstanbul marşrutu ilə hərəkət edən sərnişin avtobusu bazar ertəsi Türkiyənin Rizə rayonu ərazisində aşıb, 30-dan çox insan xəsarət alıb, bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.

Avtobusda gürcü vətəndaşlarından başqa Azərbaycan, Hindistan və Çexiya vətəndaşları olub. Avtobusda olan 45 nəfərdən 33-ü xəsarət alıb. Üç ağır yaralı vertolyotlarla Ankara xəstəxanalarına çatdırılıb, digərləri yaxınlıqdakı klinikalara yerləşdirilib.

Axşama xəstəxanalarda 16 nəfər qalıb, digərləri həkimlər tərəfindən buraxılıb.

Sərnişinlər jurnalistlərə bildiriblər ki, hadisə baş verən ərazidə yolun bərpası işləri aparılırdı.

Xəbər lenti

Xəbər lenti