...

Krımda yol qəzasında xəsarət alan azərbaycanlı idmançı bu gün maqnit-rezonans tomoqrafiyadan keçəcək (YENİLƏNİB -4) (FOTO)

Hadisə Materials 1 Oktyabr 2010 13:29 (UTC +04:00)
Krımda baş vermiş yol qəzasında xəsarət alan azərbaycanlı idmançı bu gün tibbi müayinədən (maqnit-rezonans tomoqrafiya) keçəcək, ondan sonra idmançıya dəqiq diaqnoz qoyulacaq. Bu barədə Trend-ə Azərbaycanın Ukraynadakı Səfirliyindən verilən məlumatda deyilir.
Krımda yol qəzasında xəsarət alan azərbaycanlı idmançı bu gün maqnit-rezonans tomoqrafiyadan keçəcək (YENİLƏNİB -4) (FOTO)

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir S.Ağayeva/

Krımda baş vermiş yol qəzasında xəsarət alan azərbaycanlı idmançı bu gün tibbi müayinədən (maqnit-rezonans tomoqrafiya) keçəcək, ondan sonra idmançıya dəqiq diaqnoz qoyulacaq. Bu barədə Trend-ə Azərbaycanın Ukraynadakı Səfirliyindən verilən məlumatda deyilir.

"Hazırda qəza zamanı digər sərnişinlərdən daha çox xəsarət alan Ceyhun Saybatovun maqnit-rezonans tomoqrafiyadan keçməsi haqqında məsələyə baxılır. Qəzadan sonra idmançının aparıldığı xəstəxanada MRT-dən keçmək mümkün olmasa, səfirlik bu məsələ ilə bağlı Ukrayna Səhiyyə Nazirliyinə müraciət etmək niyyətindədir", - diplomatik missiyadan bildiriblər.

Səkkiz idmançını aparan "Mersedes Sprinter" mikroavtobusu Krıma gedən Krasnoperekopsk-Simferopol yolunda aşıb.

Krım DYP-nin mətbuat xidmətindən verilən məlumata görə, idmançılar Şərq əlbəyaxa döyüş növləri üzrə yarışlarda iştirak etmək üçün Kiyevdən Yaltaya yola düşüblər.

Yolun 86 km.-liyində sürücü idarəetməni itirib. Nəticədə, avtobus yoldan çıxıb və bir neçə dəfə çevrilərək aşıb.

Ceyhun Saybatovun vəziyyəti orta-ağırdır və o, kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti normallaşsa, Krımdan Kiyevə gətiriləcək.

Digər dörd idmançı - Bilal Əlizadə, Ramin Səlimov, Hüseyn Əliyev və Emin Əliyev - bu gün yarışda iştirak edəcəklər. Daha bir idmançı - Tural Qasımov qolu əzildiyinə görə yarışlarda iştirak edə bilməyəcək. Bu barədə bu gün səfirlikdən məlumat veriblər.

Xəbər lenti

Xəbər lenti