...

Azərbaycanın Şamaxı şəhərində baş vermiş partlayışa məişət qazının sızması səbəb olub - FHN

Hadisə Materials 7 Oktyabr 2010 12:03 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyinin rəsmi İnternet-saytının cümə axşamı yaydığı məlumatda xəbər verilir.
Azərbaycanın Şamaxı şəhərində baş vermiş partlayışa məişət qazının sızması səbəb olub - FHN

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir K. Zərbalıyeva/

Azərbaycanın Şamaxı şəhərində baş vermiş partlayışa, ilkin ehtimala görə, məişət qazının sızması səbəb olub.

Fövqəladə Hallar Nazirliyinin rəsmi İnternet-saytının cümə axşamı yaydığı məlumatda xəbər verilir.

Vətəndaşa məxsus ümumi sahəsi 240 kv.m olan birmərtəbəli beşotaqlı evdə partlayış baş verib, yanğın olmayıb. Nəticədə, bir otağın tavanı 32 kv.m sahədə dağılıb, 2 otağın pəncərələri sınıb; hadisə zamanı evdə olan üç nəfər yanıq xəsarətləri alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti