...

Bakıda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib

Hadisə Materials 17 Oktyabr 2010 17:10 (UTC +04:00)
Bazar günü gecə Bakıda baş vermiş ağır yol qəzası nəticəsində üş nəfər həlak olub.
Bakıda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib

Azərbaycan, Bakı, 17 oktyabr / Trend /

Bazar günü gecə Bakıda baş vermiş ağır yol qəzası nəticəsində üş nəfər həlak olub.

Oktyabrın 17-də saat 00:40 radələrində Mərdəkan qəsəbəsinə gedən yolda 10 LS 664 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobil  10 TL 049 dövlət nömrə nişanlı "BMW X5" markalı avtomobil ilə toqquşub. Bu barədə Trend-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Cəmşid Hənifəyev məlumat verib.

Toqquşma nəticəsində "Mercedes" markalı avtomobilin sürücüsü Yaşar Abidov aldığı müxtəlif xəsarətlərdən yerindəcə keçinib. "BMW X5" markalı avtomobil alışıb və bütünlüklə yanıb. Avtomobilin sürücüsü Aqsurov Ayaz (1984-cü il Naxçıvan şəhərində anadan olub) və daha bir nəfər sərnişin yanaraq ölüblər.

Hadisənin avtomobillərin hərəkət sürətinin yüksək olduğundan baş verdiyi ehtimal olunur.

Xəbər lenti

Xəbər lenti